Çeferindən sərt açıqlama

UEFA prezidenti Aleksander Çeferin bir sıra futbolçu və məşqçilərin ünvanına göndərdiyi sərt açıqlamaları ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, A.Çeferin jurnalistlərə müsahibə verərkən bu fikirləri səsləndirib;

“Mən bunu anlamıram. Oyun sayından narahat olan məşqçilərin hamısı dünyanın ən böyük klublarını çalışdırırlar. Heyətlərində 25 futbolçu olan klublar belə oyun sayının çoxluğundan şikayət edirlər. Kiçik klublar isə heç vaxt səsini belə çıxarmayıb”, - deyə Çeferin bildirib.

Xatırladaq ki, bir müddət əvvəl bəzi məşhur futbolçular mövsüm ərzində oyunların sayının çox olmasından gileyləniblər. Bu açıqlamaların ardından həmin məşhur oyunçular ciddi zədə alaraq mövsümü erkən başa vurublar.

Qeyd edək ki, həmin futbolçular Dani Karvaxal və Rodridir.