"Çelsi" 22 yaşlı futbolçu ilə maraqlanır

"Çelsi" klubu yay transfer pəncərəsi dövründə heyətini gücləndirməyi planlaşdırır.

Sportline.az jurnalist Santi Aounanın məlumatına istinadən xəbər verir ki, "Strasburq"un niderlandlı futbolçusu Emanuel Emeqa "Çelsi" transfer hədəfindədir.

22 yaşlı hücumçunun hazırkı dəyəri "Transfermarkt" portalına görə, 20 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Emeqa bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 29 matçda 14 qol 3 asist müəllifi olub.