"Çelsi" argentinalı futbolçu üçün hərəkətə keçib
"Çelsi" klubu "Mançester Yunayted"in argentinalı futbolçusu Alexandro Qarnaçonu transfer etmək niyyətindədir.
Sportline.az xəbər verir ki, bu haqda nüfuzlu "The Athletic" nəşrinin jurnalisti Laurie Vitvel məlumat yayıb.
21 yaşlı futbolçu "Çelsi"də çıxış etmək fikrinə müsbət yanaşır.
Qeyd edək ki, Qarnaçonun meneceri London klubu ilə danışıqlar aparır.
Onun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.
Xatırladaq ki, Qarnaço "Atletiko Madrid" yetirməsi sayılır.