"Çelsi" Bakıya azarkeş ordusu ilə gəlir

Çempionlar Liqasında "Qarabağ"ın növbəti rəqibi "Çelsi" Bakıda özünü yalnız hiss etməyəcək. Sportline.az xəbər verir ki, "zadəganları" təxminən 1000 nəfərədək azarkeşin dəstəkləyəcəyi gözlənilir. Bu haqda Britaniya mətbuatı məlumat yayıb.

Xatırladaq ki, "Qarabağ"-"Çelsi" matçı noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun saat 21-00-da başlanacaq.