"Çelsi" Bakıya gəlir

ÇL-in qrup mərhələsinin 5-ci turunda "Qarabağ"ın rəqibi "Çelsi" Bakıya yola düşüb. 
 
Sportline.az London klubunun rəsmi Facebook səhifəsinə istinadən xəbər verir ki, Antonio Kontenin komandasını gətirən təyyarə gecə yarısı Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcək.
 
Xatırladaq ki,  Bakı Olimpiya Stadionununda keçiriləcək "Qarabağ" - "Çelsi"  oyunu noyabrın 22-i saat 21:00-da başlanacaq.