"Çelsi" brazilyalı futbolçu üçün 55 milyon avro ödəyəcək
"Çelsi" "Brayton"un brazilyalı futbolçusu Joao Pedronu heyətinə qatıb.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, London klubu bu keçid üçün qarşı tərəfə 55+5 milyon avro ödəyəcək.
23 yaşlı forvard "Çelsi" ilə 7 illik müqavilə imzalayıb. Futbolçu həkim müayinəsindən keçib və ABŞ yollanıb.
Qeyd edək ki, Joao Pedro Klublararası Dünya çempionatında iştirak edə biləcək.