“Çelsi” Disasi ilə yolları ayırır

“Çelsi”nin fransalı futbolçusu Aksel Disasi karyerasını “Milan”da davam etdirə bilər.

Sportline.az “Football İtalia” nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı stopperin transfer qiyməti 15 milyon avrodur.

London klubu oyunçusunu “Milan”a satmağa razıdır.

Qeyd edək ki, A.Disasi ötən mövsümün ikinci yarısını “Aston Villa”da icarə əsasında keçirib.