“Çelsi” Fransa klubundan futbolçu alır
"Çelsi"nin baş məşqçisi Enzo Mareska "Renn"in futbolçusu Jeremi Yakuetin transferini rəhbərliktən tələb edib.
Sportline.az xəbər verir ki, bu haqda "Le Parisien" nəşri məlumat yayıb.
20 yaşlı stopperin transfer qiyməti 25 milyon avrodur.
Qeyd edək ki, sözügedən oyunçu cari mövsüm 15 rəsmi matçda iştirak edib.