"Çelsi" fransalı futbolçu üçün 35 milyon avro tələb edir
"Çelsi" fransalı futbolçusu Kristofer Nkunkunu satmaq qərarına gəlib.
Sportline.az "Metro" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçunu 35 milyon avro qarşılığında satmağa hazırdır.
Nkunku London klubunda ayrılmağa müsbət yanaşır.
O, bu mövsüm meydana çıxdığı 45 matçda 15 qol 5 məhsuldar ötürmə müəllifi olub.