"Çelsi" futbolçusundan razı deyil

"Çelsi" ingiltərəli hücumçusu Liam Delapdan narazıdır.

Sportline.az xəbər verir ki, London klubu yayda 23 yaşlı futbolçunu satmaq istəyir.

Bu haqda jurnalist Mark Brus məlumat yayıb.

Qeyd edək ki, L.Delap cari mövsüm meydana çıxdığı 24 matçda 2 qol, 4 asistlə yadda qalıb.