"Çelsi" Gehini istəyir
"Çelsi"nin yeni transfer hədəfi bəlli olub.
Sportline.az xəbər verir ki, "Kristal Pelas"ın stopperi Mark Gehi "Çelsi"nin maraq dairəsinə düşüb.
Bu haqda "Sun Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, 25 yaşlı müdafiəçinin transfer qiyməti 45 milyon avrodur.