“Çelsi” gözünü “Mançester Yunayted”in futbolçusuna dikib
“Çelsi” “Mançester Yunayted”in ingiltərəli futbolçusu Kobi Meynonu transfer etmək qərarına gəlib.
Sportline.az xəbər verir ki, bu haqda “Caught Offside” nəşri məlumat yayıb.
London klubu bu keçid üçün “Mançester Yunayted”ə 60 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Meyno bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 25 oyunda 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
19 yaşlı yarımmüdafiəçinin “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.