"Çelsi" ingiltərəli futbolçu üçün 80 milyon avro ödəməyə hazırdır
"Aston Villa"nın ingiltərəli futbolçusu Morqan Rocers "Çelsi"yə transfer olmağa yaxındır.
Sportline.az "Sun Sport" nəşrinə istinadən xəbər verir ki, "zadəganlar" 22 yaşlı futbolçu üçün 80 milyon avro ödəməyə hazırdır.
M.Rocers "Çelsi"dən gələn təklifə müsbət cavab verib. Lakin son qərarı "Aston Villa" verəcək.