"Çelsi" Leao üçün hərəkətə keçib

"Milan"ın portuqaliyalı futbolçusu Rafael Leao karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "TBR Football"a istinadən xəbər verir ki, "Çelsi" Leao üçün mövsümün sonunda "Milan"a rəsmi təklif göndərəcək.

25 yaşlı futbolçunun transfer dəyəri "Transfermarkt" portalına görə 75 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Leao bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 35 matçda 9 qol və 8 asist müəllifidir.