“Çelsi” - “Liverpul”: Düşərgələrdəki son durum
İngiltərə Premyer Liqasında 7-ci turun mərkəzi matçı "Stemford Bric" stadionunda keçiriləcək.
Sportline.az xəbər verir ki, "Çelsi" "Liverpul"la münasibətlərini aydınlaşdıracaq.
Heyətlərə nəzər saldıqda meydan sahiblərində itkilərin sayı kifayət qədərdir. Levi Kolvil, Tosin Adarabioyo, Vesley Fofanan, Andrey Santos, Kol Palmer, Dario Essuqo, Liam Delap zədə, Trevo Çaloba isə cəza səbəbindən oyunu buraxmalı olacaq.
"Liverpul"da isə qapıçı Alisson Beker, Ciovanni Leoni və Ştefan Bayçetiç zədədən əziyyət çəkir.
Hüqo Ekitikenin durumu matç saatlarında bəlli olacaq.
Qeyd edək ki, "Çelsi" - "Liverpul" görüşü bu gün Bakı vaxtı ilə saat 20:30-da başlanacaq.
Oyunun ədalət təmsilçisi Entoni Teylor olacaq.