“Çelsi” “Liverpul”u son dəqiqədə vurduğu qolla məğlub etdi

“Liverpul” ard-arda ikinci məğlubiyyətini aldı – əvvəl “Qalatasaray”, indi isə “Çelsi”.

Sportline.az xəbər verir ki, həftə içi UEFA Çempionlar Liqasında “Qalatasaray”a 1:0 hesabı ilə uduzan “Liverpul”, Premyer Liqada da sürpriz məğlubiyyətlə üzləşib. Arne Slotun komandası bu dəfə “Çelsi”yə səfərdə 2:1 hesabı ilə məğlub olub.

İngiltərə Premyer Liqasının 7-ci turunda “Çelsi” doğma meydanda “Liverpul”u qəbul edib. Görüş dramatik şəkildə “zadəganlar”ın qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 14-cü dəqiqədə Moisés Kaysedo açıb və “Çelsi” ilk hissəni 1:0 öndə başa vurub. İkinci hissədə 63-cü dəqiqədə “Liverpul” Kodi Qakpo ilə cavab qolunu vuraraq tarazlığı bərpa edib.

Lakin qarşılaşmanın taleyini 90+6-cı dəqiqədə Estevao müəyyən edib. Onun son dəqiqə qolu “Çelsi”yə vacib 3 xal qazandırıb.

"Çelsi" 2 - 1 "Liverpul"
M. Caicedo 14'
C. Gakpo 63'
Estêvão 90+6'