“Çelsi” “Milan”a elçi düşüb
“Milan”ın fransalı qapıçısı Mayk Menyan “Çelsi”nin maraq dairəsinə düşüb.
Sportline.az jurnalist Simon Fillipsin məlumatına istinadən xəbər verir ki, London klubu Menyan üçün “Milan”la danışıqlara başlayıb.
29 yaşlı kiperin hazır ki dəyəri “Transfermarkt” portalına görə 25 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Menyanın “Milan”la müqaviləsi 2026-cı ilin yayına qədərdir.