"Çelsi" portuqaliyalı futbolçuya görə 25 milyon avro ödəyəcək

"Las Palmas"da icarə əsasında çıxış edən portuqaliya futbolçu Dario Essuqo karyerasını "Çelsi"də davam etdirəcək.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, "Çelsi" bu keçid üçün "Sportinq"ə 25 milyon avro ödəyəcək.

Dario Essuqo müqavilə əsasında "Sportinq"ə məxsusdur.

Qeyd edək ki, 19 yaşlı futolçu bu mövsüm "Las Palmas"ın heyətində çıxış etdiyi 16 oyunda 1 qolla yadda qalıb.