"Çelsi" "Real"dan 130 milyon avro tələb edir
"Real Madrid" "Çelsi"nin argentinalı yarımmüdafiəçisi Enzo Fernandezi transfer etmək üçün hərəkətə keçib.
Sportline.az "Defensa Central" nəşrinə istinadən xəbər verir ki, London klubu bu keçid üçün qarşı tərəfdən 130 milyon avro tələb edir.
24 yaşlı futbolçunun "zadəganlar"la sözləşməsi 2032-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, E.Fernandez "Çelsi"yə 2023-cü ilin yanvar ayında "Benfika"dan 121 milyon avro qarşılığında transfer olunmuşdu.