Mudrikdən maraqlı qərar

"Çelsi"nin oyunçusu Mixail Mudrik gələcək karyerası ilə bağlı gözlənilməz addım atıb.

Sportline.az xəbər verir ki, ukraynalı cinah oyunçusu futboldan uzaqlaşıb yüngül atletika sahəsinə yönəlmək fikrindədir.

Bu barədə "Marca" nəşri məlumat yayıb.

Mudrik artıq vətənində sabiq atletlərlə birlikdə məşqlərə start verib.

24 yaşlı futbolçunun əsas məqsədi 2028-ci ildə təşkil olunacaq Olimpiya Oyunlarında Ukraynanı təmsil etməkdir.