"Çelsi" və "Barselona" transfer yarışına girib

"Dinamo Zaqreb"in portuqaliyalı sol cinah vingeri Kardoso Varela Avropa nəhənglərinin transfer hədəfinə çevrilib.

Sportline.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Çelsi" və "Barselona" 16 yaşlı futbolçunu transfer etmək üçün yarışa girib.

K.Varelanın transfer qiyməti 5 milyon avrodur.

Qeyd edək ki, sözü gedən oyunçu cari mövsüm 6 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.