“Çelsi” və “Arsenal” transfer yarışına girib

“Marsel”in forvardı Robinio Vaz karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az “Caught Offside” nəşrinə istinadən xəbər verir ki, “Çelsi” və “Arsenal” 18 yaşlı oyunçunun xidmətində maraqlıdır.

Robinionun transfer qiyməti 18-25 milyon avro civarıdır.

Qeyd edək ki, fransalı futbolçu bu mövsüm meydana çıxdığı 14 matçda 4 qol, 2 asist müəllifi olub.