"Çelsi" və "Mançester Siti" transfer yarışına girib
"Çelsi" və "Mançester Siti" Usman Dembeleni heyətinə qatmaq niyyətindədir.
Sportline.az xəbər verir ki, bu haqda "Media Foot" nəşri məlumat yayıb.
28 yaşlı forvardın transfer qiyməti 100 milyon avrodur.
Qeyd edək ki, U.Dembele bu mövsüm meydana çıxdığı 28 matçda 12 qol, 7 asistlə yadda qalıb.