"Çelsi" və "Mançester Yunayted" transfer yarışına girib
"Bornmut"un futbolçusu Tayler Adams yayda klubdan ayrılacaq.
Sportline.az xəbər verir ki, "Çelsi" və "Mançester Yunayted" 27 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq üçün hərəkətə keçib.
Bu haqda "Mail Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, Tayler Adams cari mövsüm meydana çıxdığı 19 matçda 2 qol, 1 asistlə yadda qalıb.