"Çelsi" yaponiyalı futbolçu üçün təklif göndərib
"Brayton"un yaponiyalı futbolçusu Kaoru Mitoma üçün "Çelsi" klubunda təklif gəlib.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Çelsi" Mitoma üçün qarşı tərəfə 66 milyon avro ödəməyə hazırdır.
27 yaşlı futbolçunun "Brayton"la müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, "Çelsi" Mitomanın meneceri ilə danışıqlara başlayıb.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 28 matçda 7 qol və 3 asistlə yadda qalıb.