"Çelsi" yeni qapıçı axtarışındadır
"Çelsi" "Borusiyya Dortmund"un isveçrəli qapıçısı Qreqor Kobel üçün rəsmi təklif göndərib.
Sportline.az insayder Florian Plettenbergin məlumatına istinadən xəbər verir ki, London klubunun rəhbərliyi Kobel üçün "Borussiya Dortmund"da 50 milyon avro ödəməyə hazırdır.
Almaniya klubu bu təklifə müsbət yanaşır. Tərəflər arasında danışıqlar davam edir. Kobel "Çelsi"də çıxış etmək istəyir.
Qeyd edək ki, 27 yaşlı kiperin "Dortmund"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.