"Çelsi"də ayrılıq yaşana bilər

"Çelsi"nin fransalı futbolçusu Kristofer Nkunku mövsümün sonunda klubdan ayrıla bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Mail Sport" nəşri məlumat yayıb.

London klubu Nkunkunun çıxışından narazıdır. Rəhbərlik onu 50 milyon avro qarşılığında satmağa hazırdır.

Qeyd edək ki, 27 yaşlı hücumçunun "Çelsi" ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.

O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 38 matçda 14 qol və 5 asistlə yadda qalıb.