"Çelsi"dən "Barselona"ya 83 milyon avroluq təklif
"Çelsi" "Barselona"nın fransalı futbolçusu Jul Kunde üçün rəsmi təklif göndərib.
Sportline.az "Diario Sport"a istinadən xəbər verir ki, London klubu J.Kunde üçün "Barselona"ya 83 milyon avro təklif edib. Kataloniya klubu isə bu təkifi qəbul etməyib.
Qeyd edək ki, 26 yaşlı futbolçunun "Barselona" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
O bu mövsüm çıxış etdiyi 36 matçda 3 qol və 7 asistlə yadda qalıb.