"Çelsi"dən "Barselona"ya keçə bilər
“Çelsi”nin “Barselona”nın müdafiəçisi Jül Kunde ilə maraqlandığı barədə yeni məlumat yayılıb.
Sportline.az xəbər verir ki, London klubu müdafiə xəttindəki problemləri həll etmək üçün fransalı futbolçunu nəzərdən keçirir. Kunde ilə bir neçə Premyer Liqa klubunun da maraqlandığı bildirilir.
“Çelsi”nin futbolçunun vəziyyətini yaxından izlədiyi və transfer bazarında imkan yaranacağı halda addım ata biləcəyi qeyd olunur.