“Çelsi”dən “Börnli”yə keçib
"Çelsi"nin forvardı Armando Broxa İngiltərədə yeni komandaya keçib.
Sportline.az xəbər verir ki, "Börnli" alban hücumçunu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
Premyer Liqaya vəsiqə qazanan komanda Broxanın transferi üçün London klubuna 23 milyon avro ödəyəcək. 23 yaşlı futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə bağlanıb.