"Çelsi"dən son qərar
"Çelsi" Liam Delapla bağlı qərar verib.
Sportline.az xəbər verir ki, rəhbərlik 23 yaşlı forvardın çıxışından narazıdır. Bu səbəbdən futbolçu yayda satılacaq.
"Talk Sport"un yaydığı məlumata görə, "Nyukasl Yunayted" Delap üçün 40 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, L.Delap bu mövsüm meydana çıxdığı 32 matçda 2 qol, 4 asistlə yadda qalıb.