“Çelsi”dən Ter Ştegen həmləsi

"Çelsi" yanvarda “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegeni icarəyə götürmək istəyir.

Sportline.az xəbər verir ki, London klubu yayda “Milan”dan Mayk Menyanı transfer etməyə çalışsa da, uğur qazana bilməyib və indi qapı xəttində rəqabəti artırmaq üçün təcrübəli qapıçı axtarır.

Bu haqda "Sky Sport" məlumat yayıb.

Ter Ştegen mövsümün əvvəlindən bəri belindən keçirdiyi əməliyyatın ardından hələ də bərpa prosesindədir və dekabrda meydana qayıdacağı gözlənilir.