“Çelsi”dən transfer bombası

"Çelsi" "Real Madrid"in uruqvaylı yarımmüdafiəçisi Federiko Valverdeni transfer etmək istəyir.

Sportline.az xəbər verir ki, London klubu bu keçid üçün "Real"a 130 milyon avro ödəməyə hazırdır.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Qeyd edək ki, Valverdenin Madrid təmsilçisi ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.