"Çelsi"ni "Atletiko"ya dəyişə bilər
"Çelsi"nin argentinalı futbolçusu Enzo Fernandez karyerasını "Atletiko Madrid"də davam etdirə bilər.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu Enzo ilə yaxından maraqlanır.
24 yaşlı yarımmüdafiəçinin hazır ki dəyəri "Transfermarkt" portalına görə 75 milyon avrodur.
Qeyd edək ki, "Atletiko Madrid" Enzonun meneceri ilə danışıqlara başlayıb.