“Çelsi”nin gözü “Milan”ın futbolçusuna düşüb

"Milan"ın fransalı qapıçısı Mayk Menyan "Çelsi"nin maraq dairəsinə düşüb.

Sportline.az "Daily Express" nəşrinə istinadən xəbər verir ki, London klubu yanvar ayında Menyanı rənglərinə bağlamaq niyyətindədir.

30 yaşlı kiperdə "Çelsi"yə keçmək üçün can atır.

Qeyd edək ki, Menyanın dəyəri 25 milyon avrodur.