"Çelsi"nin gözü "Real"ın ulduzundadır

"Çelsi" "Real Madrid"in brazilyalı ulduz futbolçusu Rodriqonu heyətinə qatmaqda israrlıdır.

Sportline.az xəbər verir ki, "zadəganlar" bu keçid üçün qarşı tərəfə 60 milyon avro ödəməyə hazırdır.

Rodriqonun "los blankos"la sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, sözügedən futbolçu cari mövsüm meydana çıxdığı 26 matçda 3 qol, 6 asistlə yadda qalıb.