"Çelsi"nin gözü sloveniyalı futbolçuya düşüb

"Leipziq"in sloveniyalı futbolçusu Benjamin Şeşko yanvar ayında klubdan ayrıla bilər.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Çelsi" klubu Şeşko üçün "Leipziq"ə 50 milyon avroluq təklif göndərməyə hazırlaşır.

B.Şeşkonun "Leipziq"lə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, 21 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 23 matçda 11 qol və 3 asistlə yadda qalıb.