“Çelsi”nin sabiq futbolçusu narkotikə görə saxlanıldı
Narkotik vasitələr əldə etməkdə şübhəli bilinən "Vest Bromviç Albion" və "Çelsi"nin sabiq müdafiəçisi Nil Klement İspaniyada saxlanılıb.
Sportline.az xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" nəşri məlumat yayıb.
Məlumata görə, İngiltərə Premyer Liqasının 47 yaşlı sabiq oyunçusu "Riviera del Sol" ticarət mərkəzində saxlanılıb.
Onun üzərində və yaşadığı yerdə müxtəlif narkotik maddələrlə nağd pul aşkarlanıb.