“Çelsi”nin sabiq yarımmüdafiəçisi “Mançester Yunayted”ə keçə bilər
“Çelsi”nin sabiq futbolçusu Konnor Qallager yanvar ayında İngiltərə Premyer Liqasına qayıda bilər.
Sportline.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, “Mançester Yunayted” 25 yaşlı yarımmüdafiəçi üçün “Atletiko Madrid”lə danışıqlara başlayıb.
K.Qallagerin transfer qiyməti 35 milyon avrodur.
Qeyd edək ki, sözügedən oyunçu cari mövsüm meydana çıxdığı 28 oyunda rəqib qapılarından 3 top keçirib.