"Çelsi"nin yeni hədəfi

"Çelsi" klubu sloveniyalı futbolçu Benjamin Şeşko üçün "Leipziq"ə rəsmi təklif göndərib.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, London klubunun rəhbərliyi 21 yaşlı futbolçu üçün "Leipziq"ə 50 milyon avro ödəməyə hazırdır.

"Leipziq" bu məbləğ qarşılığında B.Şeşkonu satmaq qərarına gəlib.

Qeyd edək ki, Şeşkonun Almaniya klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

O cari mövsüm çıxış etdiyi 22 matçda 10 qol və 3 asistlə yadda qalıb.