Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununa 14 500 bilet satılıb
Bakıda "Qarabağ" ilə Şimali Makedoniyanın "Şkendiya" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa 14 500 bilet satılıb.
Bu barədə Sportline.az-a Azərbaycan çempionunun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək. Səfərdəki görüşdə "köhlən atlar" rəqibi bir cavabsız qolla üstələyib.