Çempionlar Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşib

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.

Sportline.az xəbər verir ki, III təsnifat mərhələsində "Ludoqorets”i (Bolqarıstan) mübarizədən kənarlaşdıran (0:0, 3:0) “Ferentsvaroş” (Macarıstan) Liqa mərhələsinə gedən yolda Ağdam təmsilçisinin rəqibi olub.

Qeyd edək ki, III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” komandasına iki oyunun nəticəsinə əsasən 6:1 hesabı ilə qalib gələn “Qarabağ” növbəti raunda adlayıb.

Qurban Qurbanovun komandası "Ferentsvaroş"la ilk oyununa avqustun 19-da səfərdə çıxacaq. Cavab görüşü isə avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.