Çempionlar Liqası və Avropa Liqası "CBC Sport"da

CBC Sport telekanalı 4 mühüm yarışın teleyayım hüququna yiyələnib. 

SportLine.az telekanalın saytına istinadən xəbər verir ki, bunlar Çempionlar Liqası, Avropa Liqası, UEFA Millətlər Liqası və İspaniya La Liqasıdır. Bundan başqa telekanal avqustun 15-də Estoniyanın paytaxtı Tallində İspaniyanın "Real Madrid" və "Atletiko" komandaları arasında keçiriləcək UEFA Super Kuboku uğrunda görüşü yayımlayacaq. Müqavilə 2018-2019 mövsümündən qüvvəyə minəcək. 

Telekanaldan o da bildirilib ki, CBC Sport daha bir neçə mühüm yarışın yayım hüququ ilə bağlı yaxın vaxtlarda müqavilələr imzalayacaq.