Çempionlar Liqasında ən yaxşı müəyyənləşdi
Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusunun adı bəlli olub. SportLine.az xəbər verir ki, UEFA-nın saytında azarkeşlər arasında aparılan sorğunun nəticələrinə əsasən "Lester"in qapıçısı Kasper Şmeyxel bu nominasiyada qalib olub.
Danimarkalı qolkiper respondentlərin 36% səsini toplayıb. Onu müvafiq olaraq “Atletiko”lu həmkarı Yan Oblak (31%), “Monako”nun hücumçusu Kilian Mbappe (18%) və “Yuventus”un ön xətt oyunçusu Paulo Dibala (16%) izləyiblər.
Qeyd edək ki, “Sevilya”nı mübarizədən kənarlaşdıran “Lester” 1/4 final mərhələsində “Atletiko”ya rəqib olub.