Çempionlar Liqasında ən yaxşı oyunçu müəyyənləşdi
UEFA Çempionlar Liqasında bu həftə keçirilən görüşlərdən sonra ən yaxşı oyunçunun adı açıqlanıb. SportLine.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən sorğunun nəticəsi Dortmund "Borussiya"sının hücumçusu Pyer-Emerik Obameyanqı qalib edib. O, səslərin 31 faizini toplayıb. Obameyanqın rəqibləri Anres İnyesta ("Barselona") 26 faiz, Serxio Ramos ("Real") 22 faiz, Aryen Robben ("Bavariya") 21 faiz səs yığıb.
Qeyd edək ki, Obameyanq "Benfika" ilə oyunda 3 qol vurub.