Çexiya Litvaya aman vermədi
DÇ-2018-in təsnifat mərhələsində Azərbaycan millisi ilə eyni qrupda mübarizə aparan Çexiya seçməsi yoxlama matçında qüvvəsini sınayıb. SportLine.az xəbər verir ki, Litva ilə qarşılaşan çexlər üç cavabsız qolla qələbə qazanıblar.