Çingiz Hüseynzadə: “Bu, Azərbaycanda Olimpiya hərəkatının ən böyük bayramlarından biridir”

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə “Bakı–2015 – Süni İntellekt və İdmanda İnnovasiya” müsabiqəsinin təqdimat mərasimində çıxış edib.

Sportline.az xəbər verir ki, MOK rəsmisi tədbir zamanı 2015-ci ildə keçirilmiş ilk Avropa Oyunlarının əhəmiyyətini vurğulayıb:

“Bu, Azərbaycanda Olimpiya hərəkatının ən böyük bayramlarından biridir. Həmin günlər yadıma düşür. Bu yarış Azərbaycanın tarixində böyük iz buraxıb. Elə şərait yaranmışdı ki, oyunlar ya 2015, ya da 2017-ci ildə baş tutmalı idi. Azərbaycan turniri keçirməyi öz üzərinə götürdü. Bir çox Avropa ölkələri yarışın təşkilinin əleyhinə idilər. Çox mübarizə apardıq. Sonra bu oyunlara qarşı olan insanlar susmalı oldular. Prezident İlham Əliyevin bizə çox böyük dəstəyi oldu. Azərbaycan özünün siyasi, iqtisadi və idman gücünü göstərdi”.