Çingiz Hüseynzadə Olimpiya Oyunları Komissiyasının sədri seçildi

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Avropa Olimpiya Komitələrinin (EOC) Olimpiya Oyunları Komissiyasının sədri seçilib.

Sportline.az xəbər verir ki, bu, EOC-un oktyabrın 23-dən 25-dək Polşada baş tutan Baş Assambleyasında reallaşıb . 

Həmçinin tədbir çərçivəsində Polşa Olimpiya Komitəsinin 100 illik yubileyi qeyd olunub. Azərbaycan Olimpiya Komitəsi (MOK) adından yubileyi qeyd etmək məqsədi ilə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və MOK-un baş katibinin müavini Azər Əliyev quruma xas olan hədiyyə təqdim etmişdir.

Xatırladaq ki, assambleyada AOK-un Olimpiya Oyunları, Avropa Gənclər Festivalı, Atletlər, Olimpiya Mədəniyyəti və iris, Olimpiya Akademiyası və digər komissiyalarının iclasları keçirilib. Həmçinin Tokio 2020 və Paris 2024 Yay Olimpiya Oyunları, Pekin 2022 Qış Olimpiya Oyunları, Krakov və Malopolska 2023 Avropa Oyunlarının məruzə çıxışları dinlənilib.