ÇL: 5-ci turun ən yaxşısı odur
Çempionlar Liqasında 5-ci turun ən yaxşı futbolçusu müəyyənləşib. SportLine.az xəbər verir ki, UEFA-nın saytında keçirilən onlayn səsvermədə "Real"ın hücumçusu Kriştianu Ronaldu bütün rəqiblərini qabaqlayıb. Portuqaliyalı ulduz Neymar (PSJ), Robert Levandovski ("Bavariya"), Yannik Ferreyra Karrasko ("Atletiko"), Eden Azar ("Çelsi"), Timo Verner ("Leyptsiq"), Harri Keyn ("Tottenhem") və Lorenso İnsinyedən ("Napoli") öndə olub.
Xatırladaq ki, K.Ronaldu APOEL-lə görüşdə (6:0) iki qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.