Tanınmış jurnalist AFFA-da çalışacaq

CBC Sport telekanalında fəaliyyəti ilə tanınan jurnalist Aidə Əliyeva Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) İctimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsinə təyin olunub.

Sportline.az xəbər verir ki, bu barədə o, özü sosial media hesabında paylaşım edib.

A.Əliyeva vəzifəsinin icrasına bu gündən başladığını bildirib.

Qeyd edək ki, Aidə Əliyeva Azərbaycan teleməkanında ilk dəfə olaraq dünya çempionatı oyunlarını şərh etməsi ilə də tanınır.